İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Titul.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.
***
Faciə nəticəsində ana və iki azyaşlı övladı həyatını itirib.
Ailə başçısı Bəhrəmtəpə kənd sakini 1989-cu il təvəllüdlü Azadov Vasif Əlirza oğlu komatoz vəziyyədə İmişli rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
“Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Vəziyyəti orta ağır qiymətləndirilir”, - TƏBİB-dən bildirilib.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!