Bakı, TurkicWorld
Lerik rayonunda 4 maqnitudalı zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda qeydə alınıb.
Yerli vaxtla saat 07:49-da baş vermiş yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.