AZ

Trampın ziddiyyətli bəyanatlar verməsinin səbəbi - NYT

ABŞ Prezidenti Donald Tramp tez-tez Vaşinqtonun daxili siyasətindən kənara çıxan səs-küylü bəyanatlar verir. Bəzən bu bəyanatlar bir-biri ilə ziddiyyət təşkil edir ki, bu da onun üçün qeyri-adi ritorik taktikadır.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti yazıb.

Nəşr Trampın niyə reallığa uyğun gəlməyən mübahisəli bəyanatlar verdiyini araşdırıb.

Qeyd olunub ki, Tramp Ağ Evə qayıtdıqdan sonra daim mövqeyini dəyişir, bəzən eyni gündə bir-birinə zidd fikirlər səsləndirir:

"Trampın ritorikası getdikcə daha həyasız və aqressiv olur, ziddiyyətlər isə daha qabarıq şəkildə özünü göstərir".

Amerikalı tarixçi Culian Zelizer Trampın çıxışları ilə bağlı bunları deyib:

"Məsələ ziddiyyət deyil, həqiqəti ört-basdır etməkdir. Müasir informasiyalı dünyamızın reallığı ondan ibarətdir ki, nəyə inanmaq istədiyinizi özünüz seçə bilərsiniz. Tramp bunu instinktiv şəkildə başa düşür".

Seçilən
35
axar.az

1Mənbələr