AZ

“Gələcək üçün bacarıqlar” layihəsi barədə infossessiya keçirilib

“Gələcək

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin “Gələcək üçün bacarıqlar” layihəsinin IV “Tusi” inkubasiya proqramı ilə bağlı infosessiya keçirilib.“Ulusum”.az-ın məlumatina görə, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov belə layihələrin gənclərin karyera inkişafında önəmli rol oynadığını bildirib.İnnovasiyalar Mərkəzi direktorunun müşaviri Ləman Əhmədova IV “Tusi” inkubasiya proqramının istiqamətləri, qaydaları haqqında ətraflı məlumat verib. Bildirib ki, İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, təhsil prosesində tələbələrə innovativ ideyalarını inkişaf etdirmək üçün dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahələrinə yönləndirilməsidir. IV “Tusi” inkubasiya proqramı tələbələrə peşəkar dəstək, təlimlər və geniş mentor şəbəkəsi təqdim edir.Daha sonra proqram haqqında videoçarx təqdim edilib

Diqqət Çəkənlər

"Ulusum".az Beynəlxalq Qadınlar Günü münasibətilə Mehriban Əliyevanı təbrik edib

8 Mart – Qadınların Gücü və Əzmi: Təbriklərimiz Sizinlədir!

Cənubi Koreya prezidenti istintaq təcridxanasını tərk edib

Seçilən
14
1
ulusum.az

2Mənbələr