AZ

İmamoğludan Ərdoğana: “Ərdoğan, sənin dövrün başa çatdı...“

İstanbulun bələdiyyə başqanı və Türkiyə prezidentliyinə iddialı Əkrəm İmamoğlunun İzmirdə keçirdiyi ilk mitinqi izadiham müşahidə edilib.

XəzərNews.az xəbər verir ki, izdihamın "Hükümet İstifa!" şüarları altında çıxış edən Əkrəm İmamoğlu sərt şəkildə prezident Rəcəb Tayyib Ərdoğana müraciət edib.

Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçirilməsi nəzərdə tutulur. Müxalifət isə növbədənkənar seçki istəyir.

CHP və digər müxalifət partiyaları Türkiyədə vaxtından əvvəl prezident seçkilərinin keçirilməsinin vacib olduğunu bildiriblər, bunun ən yaxşı vaxtı isə 2025-ci ilin payızında ola biləcəyini vurğulayıblar. Əsas səbəb kimi isə "iqtisadi böhran və əhalinin yoxsullaşması" göstərilir.

Bəzi internet TV-lərin Türkiyənin müxtəlif şəhərlərində keçirdikləri küçə sorğuları da əhalinin vəziyyətinin ağır olduğunu göstərir.

Xəbər 6 dəfə oxunub.
Seçilən
12
xezernews.az

1Mənbələr