AZ

Ekspertlər Ukraynada atəşkəs planı təklif edirlər

Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin ekspertləri bufer zona yaratmaqla Ukraynada atəşkəsin təmin oluna biləcəyini irəli sürüblər.

Bu barədə The New York Times (NYT) yazır.

Mütəxəssislər təxminən 10 km enində bufer zonası yaratmağı təklif ediblər. Onların fikrincə, bu əraziyə təxminən 5 min nəfər nəzarət etməlidir.

Bundan əlavə, ekspertlər hesab edir ki, atəşkəs rejiminə riayət olunması BMT mandatı əsasında fəaliyyət göstərəcək müşahidəçilərin nəzarətini tələb edir. Eyni zamanda, onların təhlükəsizliyi xarici hərbçilər tərəfindən təmin edilməlidir.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Ukraynadakı münaqişənin tez bir zamanda həll olunmasını istəyib.

DOĞRU.AZ

Seçilən
24
dogru.az

1Mənbələr