AZ

Azərbaycanda zəlzələ oldu

İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla 04:01-də Pirqulu stansiyasından 15 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 43 km dərinlikdə yerləşib.

Lerik rayonunda da 4 maqnitudalı zəlzələ qeydə alınıb.

Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda baş verən zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub. Yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.

Seçilən
69
38
ekologiya.az

10Mənbələr