“Lerikdə zəlzələ cüzi hiss olunub. Zəlzələ nəticəsində heç bir fəsad baş verməyib. Vətəndaşlar tərəfindən heç bir müraciət daxil olmayıb”.
Editor.az modern.az-a istinadla xəbər verir ki, bunu Lerik İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov deyib.
Xatırladaq ki, bu gün yerli vaxtla 07:49-da zəlzələ bş verib.
Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.