AZ

Bakı-Qazax magistralında avtomobil aşıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB-1

Hacıqabulda “VAZ 21099” markalı minik avtomobili idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın xəbərinə görə, qəzada yaralanan Ələt qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rüstəmov Həsən Vavəhid oğlu və Nəvahi sakini, 1984-cü il təvəllüdlü Rüstəmov Elşən Ələmqulu oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

saat 14.05

Xəbərə video əlavə edilib.

***

saat 13.49

Hacıqabulda “VAZ 21099” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

APA-nın xəbərinə görə, qəza Bakı-Qazax magistral yolunda baş verib.

Qəza nəticəsində 2 nəfər ağır bədən xəsarətləri alıb.

Magistral yolda Bakı istiqamətində sıxlıq yaranıb.

Bakı-Qazax Bakı-Qazax
Seçilən
13
4
apa.az

10Mənbələr