AZ

Həkimlər Erkən Demensiyanın Gözlənilməz Əlamətinə Diqqət Çəkdi

BAKI,TurkicWorld

Nevroloqlar Fuzia Siddiki və Meredit Bok xəbərdarlıq ediblər ki, qəfil qoxu itməsi erkən demensiyanın əlaməti ola bilər.

TurkicWorld AzerVoice-istinadən xəbər verir ki, Bok insanlara duş qəbul edərkən şampun və ya sabunun qoxusunu hiss edib-etmədiklərinə diqqət yetirməyi tövsiyə edib.

Onun sözlərinə görə, səbəbsiz qoxu itkisi, xüsusilə 40 yaşdan sonra, idrak qabiliyyətlərinin zəifləməsi və Alzheimer xəstəliyi riskini artırır.

"Demensiyanın yaratdığı neyrodegenerasiya prosesi qoxuların qəbulunu və sensor işlənməsini çətinləşdirə bilər. İnsanlar tanış qoxuları, məsələn, öz sevimli şampunlarını və ya duş geli qoxusunu tanımaqda çətinlik çəkə bilərlər", – deyə o bildirib.

Siddiki əlavə edib ki, demensiya beyinin müxtəlif sahələrinin davamlı şəkildə degenerasiyasına səbəb olur. Əgər qoxuya cavabdeh olan beyin sahəsi geri dönməz şəkildə zədələnərsə, qoxuları hiss etmə və tanıma qabiliyyəti daimi olaraq itirilə bilər.

Bununla belə, qısamüddətli qoxu itkisi adətən sadə soyuqdəymə, qrip, sinus infeksiyaları, allergiya və ya koronavirus kimi səbəblərlə əlaqəlidir.

Seçilən
18
turkic.world

1Mənbələr