AZ

Suriyada təhlükəsizlik qüvvələri ilə Əsəd tərəfdarları arasında toqquşmalar yenidən başlayıb

Latakiya vilayətində Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında toqquşmalar yenidən başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Al-İxbariya” telekanalı məlumat yayıb.

Suriya hakimiyyəti bölgədə təhlükəsizliyi qorumaq və sabitliyi artırmaq üçün Tartus əyalətində yerləşən Əl-Qədmous şəhərinə əlavə qüvvələr göndərib.

SANA agentliyi xəbər verir ki, ölkənin cənub və cənub-qərbində yerləşən Dəra və Əs-Suveyda əyalətlərində mobil telefon və internet xidmətləri dayandırılıb. Məlumata görə, təxribat nəticəsində Dəra və Dəməşq arasındakı kabellər kəsilib.

Seçilən
10
1
report.az

8Mənbələr