Azərbaycan gimnasti Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
News24.az xəbər verir ki, 29 yaşlı idmançı halqalarla hərəkət proqramında 14.233 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.
Dayaqla tullanma hərəkətində mübarizə aparan Dəniz Əliyeva isə həlledici raundda 12.483 xalla 7-ci olub.
Qeyd edək ki, final mərhələsinə 9 martda yekun vurulacaq. Dünya Kubokunun son günündə Azərbaycan gimnastı Murad Ağarzayev dayaqlı tullanma, İvan Tixonov isə turnik hərəkətində gücünü sınayacaq.