Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilir.
Günün ilk qarşılaşması Şamaxıda keçirilib.
"Operativ Media" xəbər verir ki, şəhərin eyniadlı komandası "Sabah"ı qonaq edib.
Matç Ayxan Abbasovun yetirmələrinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan Premyer Liqası
26-cı tur
9 mart
15:00 Şamaxı – Sabah 1:0
Qol: Edqar Adilxanov, 30
Baş hakim: Cavid Cəlilov
Şamaxı şəhər stadionu