AZ

“Latakiyada baş verənləri Suriyanın birliyini pozmağa yönəlmiş terror aktı” – Ömər Çelik


“Ankara Suriyanın Latakiya şəhərində baş verən hücumlarla bağlı məlumatı demək olar ki, dərhal alıb, orada nə baş verdiyini bilir və bunu keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının Suriyanın birliyini pozmaq cəhdi hesab edir”.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik bəyan edib.
Ömər Çelik Türkiyənin Latakiyada baş verənləri “Suriyanın birliyini pozmağa yönəlmiş terror aktı” kimi qiymətləndirdiyinə bildirib.
Eyni zamanda, o, ictimaiyyəti Latakiyadakı vəziyyəti təsvir edərkən termin seçimində daha diqqətli olmağa və hücumların arxasında Suriyadakı hər hansı dini və ya etnik qrupa mənsub terrorçuların dayanması barədə bəyanatlardan qaçmağa çağırıb.
Seçilən
29
yeniavaz.com

1Mənbələr