AZ

"Zirə" "Səbail"i məğlub etdi

"Zirə" Misli Premyer Liqasında "Səbail"i məğlub edib.

 

Sfera.az  xəbər verir ki, Zirə İdman Kompleksinin stadionundakı XXVI turun oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

 

Qonaqların heyətində Suleyman Alluş 73-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. 90+6-cı dəqiqədə Ruan Renato qalibiyyət qoluna imza atıb.

 

Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Səbail" 18 xalla sonuncu - 10-cu sıradadır.

 

Günün ilk matçında "Şamaxı" evdə "Sabah"dan üstün olub - 1:0.

 

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.

Seçilən
19
13
sfera.az

10Mənbələr