AZ

İtaliya A Seriyası: "Napoli" "Fiorentina"ya qalib gəldi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İtaliya çempionatının 28-ci turunda "Napoli" "Fiorentina" ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma "Napoli"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
26-cı dəqiqədə "Napoli"nin belçikalı hücumçusu Romelu Lukaku hesabı açıb. 60-cı dəqiqədə Cakomo Raspadori Lukakunun ötürməsi ilə meydan sahiblərinin üstünlüyünü ikiyə çatdırıb. 66-cı dəqiqədə "Fiorentina" qollardan birinin əvəzini çıxa bilib.
28 matçdan sonra "Napoli" A Seriyasının turnir cədvəlində 60 xalla "İnter"dən bir xal geri qalaraq ikinci, "Fiorentina" isə 45 xalla yeddinci yerdədir.
Seçilən
72
13
oxu.az

10Mənbələr