AZ

Castin Qetji: "Fiziyev dünya səviyyəli döyüşçüdür"

“Fiziyev dünya səviyyəli döyüşçüdür".

İdman.biz xəbər verir ki, bu sözləri amerikalı Castin Qetji UFC 313 turniri çərçivəsində qarşılaşdığı azərbaycanlı Rafael Fiziyev haqqında danışarkən deyib.

Amerikalı həmyerlimizin ilk döyüşlə müqayisədə taktikasını dəyişdiyini vurğulayıb: "O məni sadəcə irəli atılmağa və hücuma keçməyə məcbur etdi. Böyük tərifə layiqdir. Bu idman növü çox dəlisovdur. Əminəm ki, əlim qırılıb".

Qeyd edək ki, Qetji revanş döyüşündə də Fiziyevə hakimlərin yekdil qərarı ilə qalib gəlib.

İdman.biz

Seçilən
17
idman.biz

1Mənbələr