Bu gün basketbol üzrə Azərbaycan çempionatında XVII tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, baş tutan iki görüşdən birincisi Gəncədə olub. Yerli komanda cənubluları sınağa çəkib. Gəncə OİK-də baş tutan "Gəncə"-"Lənkəran" matçında qələbə ev sahiblərinin olub.
Digər matç isə Sumqayıtda keçirilib. "Gənclik şəhəri" təmsilçisinin qonağı "Ordu" komandası olub. 44 xal toplayan Endryu Louder mövsümün rekordunu imza atıb. "Sumqayıt" 122-116 "Ordu" oyununda isə ümumi xal hesabında mövsümün rekordu qeydə alınıb.
9 mart
14:00 "Gəncə" 90:76 "Lənkəran" (27:11; 14:22; 25:22; 24:21)
Gəncə OİK
19:00 "Sumqayıt" 122:116 "Ordu" (39:22; 24:36; 26:23; 33:35)
Sumqayıt OİK