Valideynlər çöldə həyəcanla övladlarının imtahandan çıxmasını gözləyirlər. İçəridə isə şagirdlər yüksək diqqətlə imtahan suallarını cavablandırmağa çalışırdılar.
Xezerxeber.az xəbər verir ki, bu gün Dövlət İmtahan Mərkəzinin 11-ci sinif üçün keçirdiyi buraxılış imtahanında 59 minə yaxın şagirdin iştirakı nəzərdə tutulurdu.
İmtahan rəhbəri bildirdi ki, imtahan binasında qaydaları pozan şagird olmayıb...
Gərgin keçən imtahanın sonlarına yaxın şagirdlər bir-bir çıxmağa başladı. Onlar ilkin olaraq imtahan suallarının çox da çətin olmadığını bildirdilər.
11 il övladı üçün zəhmət çəkən valideynlər isə məktəbin çölündə gözləydilər....
Dölvət İmtahan Mərkəzindən bildirilib ki, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.