AZ

Bakıda iki bitişik evdə yanğın oldu

Bakıda iki bitişik evdə yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.

Bildirilib ki, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 270 m² (hər mərtəbəsi 135 m²) olan kürsülü, ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
26
12
bakivaxti.az

10Mənbələr