
Uşaq bezi bişməcəsi körpənin dərisində qızartı və qıcıqlanmaya səbəb olan ümumi problemdir. Onun qarşısını almaq üçün düzgün qulluq və mütəmadi gigiyena vacibdir.

E-saglam.az xəbər verir ki, bişməcənin əsas səbəbi bezin dərini uzun müddət nəmlik və sürtünməyə məruz qoymasıdır. Həmçinin, bakteriya və göbələk infeksiyaları, bəzi qidalar və hətta antibiotik istifadəsi də bu problemi yarada bilər.
Qarşısını almaq üçün məsləhətlər
Körpənin bezini tez-tez dəyişmək, dərisini yumşaq vasitələrlə təmizləmək, bezin çox sıx olmamasına diqqət yetirmək və hər gün müəyyən müddət onu bezsiz saxlamaq tövsiyə olunur. Bişməcə kremləri dəriyə qoruyucu təsir göstərərək sağalma prosesini sürətləndirir.
Müalicə yolları
Bişməcə yaranarsa, dərini təmiz və quru saxlamaq, bez ölçüsünü düzgün seçmək və həkim məsləhəti ilə uyğun krem tətbiq etmək faydalıdır. Sadə gigiyenik tədbirlər və düzgün qulluqla körpənizin dərisini sağlam saxlaya bilərsiniz.
Tərcümə: Könül Oruc