AZ

ABL: XVII tura yekun vuruldu

Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son matçda "Sumqayıt" "Ordu"nu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 122:116 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran "gənclik şəhəri" təmsilçisi 4-cü, "hərbçilər" isə 28 xalla 3-cü yerdə mövqe tutublar.

Günün ilk matçında "Gəncə" "Lənkəran"dan üstün olub - 90:76.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində NTD "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, "Abşeron" "Sərhədçi"ni 77:75 hesabı ilə məğlub edib.

Seçilən
9
7
fanat.az

8Mənbələr