AZ

Evində ölü tapılan məşhur Hollivud aktyoru və həyat yoldaşının ölüm səbəbi məlum oldu

Evində ölü tapılan məşhur Hollivud aktyoru və həyat yoldaşının ölüm səbəbi məlum olduBetsi Arakavanın ölüm səbəbi məlum olub.

Oxu.Az "Associated Press"ə istinadən xəbər verir ki, ekspertizanın nəticəsi Arakavanın hantavirusdan öldüyünü, altsheymer xəstəsi olan ərinin isə bir həftə sonra ürək tutmasından öldüyünü müəyyənləşdirib.

Ehtimal olunur ki, aktyorun xəstəliyi ona arvadının öldüyünü anlamağa imkan verməyib. Onlar ayrı-ayrı otaqlarda ölüblər.

Arakavanın fevralın 11-də, Hekmanın isə 18-də öldüyü təxmin edilir. Onlarla birlikdə itləri də ölü tapılıb.

Qeyd edək ki, hantavirus ABŞ-də yayılmış nadir xəstəlikdir.

Xatırladaq ki, onların meyiti ABŞ-nin Nyu-Meksiko ştatının Santa-Fe şəhərindəki evlərində aşkarlanıb.

Seçilən
33
16
big.az

10Mənbələr