AZ

Alimlər insanın yaşaya biləcəyi maksimum yaş həddi təyin ediblər

...Elm bunun üçün lazımi şəraiti təmin edərsə, insanlar orta hesabla 120, bəziləri isə 200 ilə qədər yaşaya biləcəklər.

SİA-nın məlumatına görə, bu barədə “Pronews.gr” yazır. Deyilənlərə görə, bədənin bərpa etmək qabiliyyəti 120-150 yaş arasında tükənir.

Bu təxminləri ən uzunömürlü insan rekordunun fransız qadın Janna Kalman tərəfindən qırılması faktı təsdiq edib.

O, 1875-1997-ci illər arasında 122 il yaşadı.

Alimlər araşdırma aparıblar və onun nəticələri göstərir ki, gözlənilən ömür uzunluğu bir çox amillərdən ibarətdir.

Onların arasında genefond, həyat tərzi, xroniki xəstəliklərin olması, peşə riskləri var.

Uzunömürlülük həddini təyin etmək üçün süni intellektdən istifadə edilib.

Süni intellektdən istifadə edərək, onlar yüz minlərlə könüllünün sağlamlıq məlumatlarını təhlil ediblər. Aydın olub ki, təbii qocalma prosesini ləngidə və yaxın gələcəkdə sağlamlıq risklərini minimuma endirə bilsək, gözlənilən ömür uzunluğu təxminən 200 ilə qədər artacaq.

...Ancaq bu, 200 ilin yaxın gələcəkdə normaya çevriləcəyi demək deyil.

Bunu tədqiqatçılar etiraf edirlər.

Daha real rəqəm isə 120 ildir.

Üstəlik, Janna Kalman öz nümunəsi ilə bunun hətta bugünkü reallıqda da mümkün olduğunu nümayiş etdirdi.

Nazlı Almuradova

Seçilən
23
sia.az

1Mənbələr