AZ

Bu il hansı ixtisasların keçid balı artırılacaq? VİDEO

Bu il qəbul imtahanlarında bəzi ixtisaslar üzrə keçid balları artacaq.

Təhsil eksperti Kamran Əsədov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, bu il ali təhsil müəssisələrinə ərizə verənlərin sayı ötən illərlə müqayisədə çoxdur. Bu isə qəbul prosesi zamanı ciddi rəqabətin yaranmasına səbəb olacaq.

Kamran Əsədovun sözlərinə görə  buraxılış imtahanlarında orta və yüksək bal toplayan abituriyentlərin çoxluğu da keçid ballarına təsir  edəcək.

Təhsil eksperti bildirib ki, Qarabağ  universitetində tibb ixtisasının da yaradılması, bu ixtisas üzrə də keçid ballarının artacağını özündə ehtiva edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
10
xezerxeber.az

1Mənbələr