İsrail Qəzzaya elektrik verilişini dayandırır.
“İki sahil” "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrailin energetika naziri Eli Koen bildirib.
Eli Koen deyib ki, İsrail Elektrik Şəbəkəsinə Qəzzaya elektrik verilişinin dərhal dayandırılması barədə tapşırıq verib.
Nazir qeyd edib ki, HƏMAS-ın Qəzzada saxladığı bütün girovların azad edilməsi üçün bütün müvafiq vasitələrdən istifadə edirlər.
Hazırda Qəzzada 59 israilli girovun olduğu ehtimal edilir.
HƏMAS İsrailin razılaşmanın ikinci mərhələsinə keçməsini və daimi atəşkəsin təmin olunmasını istəyir. İsrail isə razılaşmanın birinci mərhələsinin uzadılması və bu mərhələdə bütün israilli girovların azadlığa buraxılmasını tələb edir.
Xatırladaq ki, bundan əvvəl İsrail Qəzzaya humanitar yüklərin buraxılışını dayandırıb.