İngiltərə Premyer Liqasının 28-ci turunda "Mançester Yunayted" "Arsenal"la qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, "Old Trafford" 90 dəqiqə ərzində 2 qol izləyib. "Qırmızı şeytanlar"ın heyətində Bruno Fernandeş 45+2 dəqiqədə hesabı açıb. Cavab qolu isə 74-cü dəqiqədə Deklan Raysdan gəlib.
Qeyd edək ki, "Arsenal" turnir cədvəlində 55 xalla 2-ci, "Mançester Yunayted" isə 34 xalla 14-cü yerdə qərarlaşıb.
Oyunda vurulan qolları təqdim edirik: