AZ

Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Martın 19-da Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

İdman.biz xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq imtahana hazırlaşmaq üçün fəndlər cədvəli, videolar və yaş qrupları üzrə cədvəl barədə judo.az saytında ətraflı məlumat yerləşdirilib.

İdman.biz

Seçilən
15
1
idman.biz

2Mənbələr