ABŞ yəhudi icmasının 50-dən çox ravvini Avraam razılaşmalarının genişləndirilməsi ilə bağlı Prezident Donald Trampa müraciət ediblər.
Turkustan.az xəbər verir ki, ravvinlər türk dövlətlərindən Azərbaycan, Qazaxıstan və Özbəkistanın bu razılaşmaya daxil edilməsini istəyirlər. Xatırladaq ki, Avraam razılaşmaları İsrail və ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur.
Müraciətdə həmçinin Azərbaycana qarşı 907-ci düzəlişin ləğv edilməsinin zəruriliyi də qeyd olunub.
1992-ci ildə Birləşmiş Ştatlar keçmiş Sovet respublikalarına iqtisadi dəstək vermək üçün qəbul edilən Azadlığa Dəstək Aktının 907-ci maddəsini qəbul edib. Dəyişiklik Azərbaycan hökumətinə yardım göstərilməsinə imkan vermir.
2001-ci ildə, 11 sentyabrdan sonra Buş administrasiyası Əfqanıstanda hərbi əməliyyatlar aparmaq üçün Azərbaycanla əməkdaşlığa ehtiyac duyduğu üçün bu düzəlişdən müvəqqəti imtina etmişdi.
Bununla belə, 2023-cü ilin noyabrında Azərbaycan antiterror əməliyyatı nəticəsində Qarabağ üzərində nəzarəti bərpa etdikdən sonra düzəlişi bərpa edib./Teleqraf