AZ

“İdman həftəsi” çərçivəsində idman mobiloqrafiyası seminarı keçirilib - FOTO

“İdman həftəsi” çərçivəsində keçirilən idman mobiloqrafiyası seminarına yekun vurulub.

İdman.biz xəbər verir ki, 7 gün davam edən təlim proqramı çərçivəsində iştirakçılara foto və video sahəsində nəzəri və praktiki biliklər haqqında məlumat verilib.

Seminarda müsabiqə əsasında seçilmiş iştirakçılarla yanaşı, idman federasiyalarının və idman qurğularının media işlərinə məsul əməkdaşları da iştirak ediblər. Təlimlər tanınmış fotoqraf Toğrul Qurbanov tərəfindən keçirilib.

Tədbirin sonunda seminarı uğurla başa vuran iştirakçılara diplomlar təqdim olunub. Diplomları Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdim edib.

İdman.biz

Seçilən
14
idman.biz

1Mənbələr