Qanun pozuntularına görə 685 min əcnəbi nəzarət edilən şəxslərin reyestrinə daxil edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev deyib.
“Bu reyestrin əsas məqsədi ölkəmizdə yaşamaq üçün qanuni əsaslarını itirmiş vətəndaşların sayını məhdudlaşdırmaqdır”, - o bildirib.
Kolokoltsev əlavə edib ki, reyestrin tətbiqi əcnəbiləri Rusiyada yaşamalarını leqallaşdırmağa təşviq etməlidir: “Aprelin 30-dək onlar Daxili İşlər Nazirliyinin orqanlarına gəlməli, Rusiyada olmalarını qanuniləşdirməli, lazımi sənədləri təqdim etməlidirlər. Yalnız bundan sonra bu reyestrdən çıxarılacaqlar”.
Qeyd edək ki, Rusiya Federasiyasında nəzarət edilən şəxslərin reyestrinə fevralın 5-dən start verilib.