AZ

Vətəndaş müharibəsinə imkan verməyəcəyik

Suriyanın yeni hakimiyyəti heç bir xarici qüvvənin və ya yerli partiyaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şara son qarşıdurmaları şərh edərkən deyib.

 

"Bu gün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədi ilə yeni nifaq salmaq, ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdidir", - o bildirib.

 

Qeyd edək ki, 6 martdan Latakiya-Tartus ərazisində Əsəd tərəfdarları ilə hökumət qüvvələri arasında şiddətli toqquşmalar başlayıb.

 

Hər iki tərəfdən xeyli itki var.

Seçilən
43
5
senzor.az

10Mənbələr