AZ

Pomidor bir neçə xərçəng növünə qarşı faydalıdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tehran Tibb Universitetinin alimləri müəyyən ediblər ki, pomidorun tərkibindəki likopen adlı piqment onkoloji xəstəliklərin ümumi inkişaf riskini və ağciyər xərçəngindən ölmə ehtimalını azaldır.
Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "Frontiers in Nutrition" jurnalında dərc olunub.
Onlar aşkar ediblər ki, bu təbii maddənin fəal şəkildə qəbulu xərçəngin inkişafı riskinin əhəmiyyətli dərəcədə azalması ilə bağlantılı olub.
Likopen qəbulu ilə prostat xərçəngi riskinin azalması arasında xüsusilə güclü bir əlaqə tapılıb. Bundan əlavə, tədqiqatçılar qanda likopenin yüksək səviyyədə olmasının ağciyər xərçəngindən daha çox sağ qalmaq arasında əlaqə olduğunu müəyyən ediblər.
Seçilən
20
2
oxu.az

3Mənbələr