AZ

Mark Karni Kanadanın yeni baş naziri olacaq

Mark Karni bazar günü Kanadanın hakim Liberal Partiyasının yeni lideri seçilib və ölkənin növbəti baş naziri olacaq.

O, partiyadaxili seçkilərdə partiya üzvlərinin 85,9 faizinin səsini toplayaraq sədr seçilib.

Partiyanın qurultayında açıqlanan məlumatlara görə, sabiq maliyyə naziri və baş nazirin sabiq müavini Kristia Friland 8 faiz, Kanada hökumətinin İcmalar Palatasında (parlamentin aşağı palatası) lideri Karina Quld və liberal deputat Frank Baylis isə təxminən 3 faiz səs toplayıblar.

Karni yalnız hazırkı Baş nazir Castin Trüdo istefa ərizəsi təqdim etdikdən sonra baş nazir postunu tutacaq. Bunun da yaxın günlərdə baş verəcəyi gözlənilir.

Bundan sonra Karniyə yeni hökumət qurmaq həvalə olunacaq.

Seçilən
15
7
anspress.com

10Mənbələr