AZ

“Nitsa” doğma meydanda xalsız qaldı

Fransa Liqa 1-də 25-ci tura yekun vurulub.

Publika.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Havr” – “Sent Etyen” matçında qalib müəyyənləşməyib. “Brest” “Anje”ni məğlub yola salıbsa, “Nant” evdə “Strasburq”a, “Reyms” “Oser”ə, “Nitsa” isə Lion “Olimpik”inə uduzub.

Hazırda 65 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 49, “Nitsa” 46, “Monako” və “Lill” 44, Lion “Olimpik”i 42, “Strasburq” 40, “Lans” və “Brest” 36 xal toplayıb.

Fransa Liqa 1
25-ci tur

7 mart

Tuluza – Monako 1:1
Qollar: Maqri, 90+1 – Minamino, 17.

8 mart

Renn – PSJ 1:4
Qollar: Brassye, 53 – Barkola, 27. Q.Ramos, 50. Dembele, 90+1; 90+4.

Lill – Monpelye 1:0
Qol: C.David, 50.

Seçilən
9
1
publika.az

2Mənbələr