AZ

Əlilliyi olan şəxsin müavinəti 5 ildir kəsilib: Müraciətləri isə cavabsız qalıb

Əlillik müavinəti kəsilib, müraciətləri də cavabsız qalıb.

 

Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, Ucarın Pirkənd kənd sakini 61 yaşlı Mahir Həşimovun sözlərinə görə, 30 ildən çoxdur epilepsiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar aidiyyəti üzrə 2014-cü ildə müraciət edib. Müraciəti əsasında Mahir Həşimova II qrup əlillik təyin edilib. 5 il əvvəl isə müavinətin verilməsi dayandırılıb.

 

Mahir Həşimovun sözlərinə görə, 5 il əvvəl yenidən müraciət edib. Ona yeni bank kartı verilsə də, heç bir vəsait köçürülməyib. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, nəticəsi olmayıb.

 

Tarix: 10 Mart 2025, 07:16   
Seçilən
13
2
pravda.az

3Mənbələr