AZ

Şəhid ailələri üçün iftar süfrəsi təşkil olundu - FOTOLAR

Martın 9-da, on bir ayın sultanı Ramazan ayı münasibətilə Millət Vəkili Əlibala Məhərrəmzadənin təşəbbüsü və "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Quba Şahdağ Truskavets sanatoriya mərkəzində şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub.

Bu barədə QHT.az-a "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İB-nin sədri Tünzalə Abduləlimova məlumat verib. Onun sözlərinə görə, tədbirdə Quba Rayon İcra Hakimiyyətinin birinci müavini Taryel müəllim, şəhid ailələri, yazıçı Ramiz Qusarçaylı, Cəmil Məhərrəmzadə və bir sıra rəsmi qonaqlar iştirak ediblər.

"Səmimi söhbət şəraitində keçən görüşdə şəhid ailələrinin problemləri və onların həlli istiqamətində görülən işlər müzakirə olunub. Bu cür tədbirlərin keçirilməsi şəhid ailələrinə olan diqqət və qayğının təzahürüdür.

Allah qəbul etsin!".

Seçilən
27
qht.az

1Mənbələr