AZ

Kanadanın yeni baş naziri bəlli olub

Mark Karni Kanada Liberal Partiyasının lideri seçilib və o, Kanadanın yeni baş naziri olacaq...

Kanada Bankının keçmiş rəhbəri Mark Karni hakim Liberal Partiyasının lideri seçilib. O, ölkənin yeni baş naziri olacaq.

Poliqon xəbər verir ki, bu barədə Kanada Liberal Partiyasının X sosial mediasında verdiyi məlumatda bildirilir.

“Yeni Liberal liderimiz Mark Karnini təqdim edirik!”, deyə hakim partiyanın paylaşımında qeyd edilir.

Qeyd edək ki, Karni baş nazir Castin Trüdonun hökumətinə daxil olmayan hakim partiyanın liderliyinə yeganə namizəd idi. O, 85,9 faiz səslə qalib gəlib. Seçkilərdə Liberal Partiyasının 150 minə yaxın üzvü iştirak edib.

2015-ci ildən Kanadanın baş naziri vəzifəsini icra edən Castin Trüdo yanvarın əvvəlində istefa qərarını açıqlayıb. Trüdo istefa ərizəsini Kanadanın Baş Qubernatoruna təqdim etdikdən sonra Mark Karni vəzifəsinin icrasına başlayacaq.

Mark Karni 2008-2013-cü illərdə Kanada Bankının rəhbəri olub. Sonrakı yeddi il ərzində o, həm də İngiltərə Bankının sədri vəzifəsini icra edbi. Kastin Castin Trüdonun iqtisadi müşaviri vəzifəsində də çalışıb. Seçki debatları zamanı o, orta təbəqə üçün vergiləri azaltmaq, müdafiə xərclərini ÜDM-in 2%-i və daha yüksək səviyyəyə çatdırmaq niyyətini açıqlayıb və Amerika mallarına dollara görə tariflər tətbiq edəcəyini vəd edib.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr