ABŞ-ın Pensilvaniya ştatının Lancaster dairəsində kiçik təyyarə qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə CBS televiziya şirkətinin yerli bölməsi məlumat yayıb.
Təyyarənin dayanacağa çırpılması nəticəsində bir neçə avtomobil yanıb. Qəza yerində təcili yardım xidmətləri işləyir.
Yerli WGAL telekanalı hadisə nəticəsində ölənlərin olduğunu, lakin onların vəziyyəti barədə hələlik məlumat verilmədiyini bildirib.
Bizim.Media