AZ

Təyyarə dayanacağa çırpıldı: Bir neçə avtomobil yandı - VİDEO

ABŞ-ın Pensilvaniya ştatının Lancaster dairəsində kiçik təyyarə qəzaya uğrayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə CBS televiziya şirkətinin yerli bölməsi məlumat yayıb.

Təyyarənin dayanacağa çırpılması nəticəsində bir neçə avtomobil yanıb. Qəza yerində təcili yardım xidmətləri işləyir. 

Yerli WGAL telekanalı hadisə nəticəsində ölənlərin olduğunu, lakin onların vəziyyəti barədə hələlik məlumat verilmədiyini bildirib. 

 

Bizim.Media 

Seçilən
35
4
bizim.media

10Mənbələr