AZ

Dövlət qulluğu: 575 namizəd uğur qazanıb

Martın 9-da Dövlət İmtahan Mərkəzi Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanları keçirib.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanlar kompüter vasitəsilə 3 saat müddətində aparılır. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanda ümumilikdə 1630 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, AB2 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 4 nəfər, AC1 altqrupu üzrə 5 nəfər, AC2 altqrupu üzrə 20 nəfər, AC3 altqrupu üzrə 42 nəfər, AC4 altqrupu üzrə 54 nəfər, BA1 altqrupu üzrə 3 nəfər, BA2 altqrupu üzrə 12 nəfər, BA3 altqrupu üzrə 27 nəfər, BA4 altqrupu üzrə 48 nəfər, BB1 altqrupu üzrə 50 nəfər, BB2 altqrupu üzrə 79 nəfər, BB3 altqrupu üzrə 111 nəfər, BB4 altqrupu üzrə 119 nəfər olmaqla, ümumilikdə 575 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün martın 10-dan aprelin 2-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

• ali təhsil haqqında sənədin surəti;

• əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 10, 11 və 12 mart tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

Seçilən
10
azedu.az

1Mənbələr