AZ

AFFA "Qaradağ Lökbatan"ın baş məşqçisi ilə "İmişli"nin legionerini sərt cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Fanat.Az xəbər verir ki, komitə I Liqanın XVII turunda baş verən neqativ hallara hüquqi qiymət verib.

Əsas hadisələr MOİK – “Qaradağ Lökbatan” görüşündə yaşanıb. Oyun bitdikdən sonra hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alan və hakimlər otağına daxil olan “Qaradağ Lökbatan”ın məşqçisi Amit Quluzadə 3 oyunluq cəzaya məruz qalıb. Millimizin sabiq futbolçusunun davranışı “Qaradağ Lökbatan”a əlavə olaraq, 300 manat cərimə bahasına başa gəlib. Lökbatan təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub əlavə olaraq 70 manat cərimələnib. 
Meydan sahibi MOİK isə 150 manat ziyana düşüb. Bunun 70 manatı sarı vərəqələrin çoxluğuna, 8-ni isə oyun bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olmasına görədir. 

“İmişli”nin futbolçusu Gilyerme Silva isə “Mingəçevir”lə matçın 87-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Silva qarşıdakı 4 görüşü buraxmalı olacaq, “İmişli” isə 300 manat cərimə ödəyəcək.

Seçilən
17
fanat.az

1Mənbələr