AZ

Trampdan Qrenlandiya xalqına: Gəlin ABŞ-yə qoşulun

Qrenlandiyanı ölkəsinə birləşdirmək arzusundan vaz keçməyən ABŞ prezidenti Donald Tramp bunu növbəti dəfə dilə gətirib. 

Azreform.info xəbər verir ki, Tramp sosial media platformasında açıqlamasında ABŞ Konqresindəki çıxışını xatırladaraq deyib:  “Çıxışımda açıq şəkildə qeyd etdiyim kimi, ABŞ Qrenlandiya xalqının öz gələcəyini təyin etmə haqqını güclü şəkildə dəstəkləyir. 

Qrenlandiya xalqına İkinci Dünya müharibəsindən bəri olduğu kimi, sizi də qorumağa davam edəcəyik. Biz yeni iş yerləri yaratmaq və sizi zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq. İstəyirsinizsə, sizi yer üzündəki ən böyük dövlətin, Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmağa dəvət edirik".

Qrenlandiyanın ABŞ-nin milli və beynəlxalq təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıdığını vurğulayan Tramp qeyd edib ki, bu və ya digər şəkildə Qrenlandiyanı alacaqlar.

Mürtəza
Azreform.info

Seçilən
38
1
azreform.info

10Mənbələr