Türkiyənin Kayseri şəhərinin Qocasinan rayonunda sürətli qatar xəttinin tikintisi sahəsinə qaya parçaları uçub.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı 1 işçi ölüb, 1 nəfər isə xəsarət alıb.
Ərazidə işləyən 5 işçi isə xilas ola bilib.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.