RU

Tikinti ərazisinə qaya parçaları uçdu: ölən var - Video

Türkiyənin Kayseri şəhərinin Qocasinan rayonunda sürətli qatar xəttinin tikintisi sahəsinə qaya parçaları uçub.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı 1 işçi ölüb, 1 nəfər isə xəsarət alıb.

Ərazidə işləyən 5 işçi isə xilas ola bilib.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
9
1
axar.az

2Источники