Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, mundailın ikinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Zeynəb Rəhimova çıxıb.
54 kq çəkidə mübarizə aparan boksçumuz 1/16 final çərçivəsində Yekaterina Sıçeva (Ermənistan) ilə döyüşüb. Görüş Rəhimovanın inamlı qələbəsi ilə başa çatıb. O, ermənistanlı rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kq) da mübarizəyə qoşulacaq.
Yığmamız dünya çempionatına yollanıb
Daha bir boksçumuz “Adriatik incisi”ndə yarımfinala vəsiqə qazanıb
Banuçiçək Nəsirli yarımfinalda!
Azərbaycan Cüdo Federasiyası ACF turuna start verir
Yeniyetmə boksçularımız Gürcüstan millisi ilə hazırlığa başlayıb