Gələn ay üçün toyuna hazırlaşan gənc oğlan qəzada həyatını itirib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan yük avtomobilinin qoşqusuna çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, Tovuzun Aşağı Quşçu kənd sakini 22 yaşlı İlham Rüstəmov dünyasını dəyişib. Hadisə şahidlərinin məlumatına görə, sürücü sürət həddini aşaraq qəza törədib.
Məlumata görə, İlhamın aprel ayında toyu olacaqmış.
Ağstafada isə piyada vurulub. Hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb. Yolu kecmək istəyən 59 yaşlı Tamam Əliyeva avtomobillə vurulub. Hadisədən dərhal sonra yaralı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına catdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.