AZ

CNN: Tramp administrasiyası Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda görüşlər keçirəcək

ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri bu həftə Səudiyyə Ərəbistanında rusiyalı və ukraynalı həmkarları ilə ayrı-ayrılıqda görüşəcəklər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə CNN telekanalı hökumətdəki məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Yayımcının məlumatına görə, Ciddədə ABŞ dövlət katibi Marko Rubio, Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və Ukrayna tərəfi arasında danışıqlar planlaşdırılır. Rusiya nümayəndələri ilə də ayrıca təmasların olacağı gözlənilir, lakin mənbə hansı səviyyədə olduğunu açıqlamayıb.

Martın 7-də Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ABŞ və Ukrayna nümayəndələrinin münaqişənin həlli üçün danışıqlar aparacağını bəyan edib. Tərəflər müvəqqəti atəşkəsə nail olmaq və Rusiya ilə Ukrayna arasında dinc dialoqun əsasını formalaşdırmaq mexanizmlərini müzakirə edəcəklər.

Seçilən
80
11
nocomment.az

10Mənbələr