AZ

Xaçmazda yük avtomobilləri toqquşub, yaralanan var - FOTO

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, Ağçay üzərindəki körpünün yaxınlığında "Kamaz" markalı yük avtomobili "Qazel" markalı yük avtomobili ilə toqquşub.

Qəza zamanı "Qazel" markalı avtomobil aşıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Hazırda fakt araşdırılır.

Xaçmazda Xaçmazda
Seçilən
56
4
apa.az

6Mənbələr