AZ

Donald Trampın bəyanatından sonra "NASDAQ 100" texnologiya indeksi 1 trilyon dollar itirib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın Amerika iqtisadiyyatının yavaşlayabiləcəyi barədə bəyanatları nəticəsində “NASDAQ 100” texnologiyaindeksinin səhmləri 1 trilyon dollar kapitallaşma itirib.

Trend xəbər verirki, bu barədə “Bloomberg” məlumat yayıb.

Martın 9-da “Fox News” efirində Tramp, idxal mallarınarüsumların artırılmasının Amerika iqtisadiyyatına təsir edəbiləcəyini etiraf etsə də, mümkün resessiya barədə sualdanyayınıb.

NASDAQ 100 indeksi təxminən 4% azalıb ki, bu, 2022-ci ildən bəriən pis göstəricidir. Bakı vaxtı ilə 22:13-ə olan vəziyyətə görə, ənçox zərər çəkən “Tesla” olub: elektromobil istehsalçısının indeksi14% azalıb. Həmçinin, proqram təminatı tərtibatçısı “PalantirTechnologies”in səhmləri 11%, “Apple” şirkətinin qiymətli kağızları5,3%, “Microsoft” 3,5%, “Nvidia” isə 4,8% azalıb.

Son bir ayda ABŞ-ın aparıcı indeksləri təxminən 5% azalıb vəAmerika şirkətlərinin bazar kapitallaşmasını 3,4 trilyon dollarazaldıb.

Xatırladaq ki, Donald Tramp seçkiqabağı kampaniyası zamanıprezidentliyi dövründə ABŞ-ın “Qızıl dövr”ə qədəm qoyacağını vədetmişdi. Martın 5-də Konqres qarşısında “Ölkənin vəziyyətihaqqında” müraciətlə çıxış edən Tramp, bu tezisi təkrarlayaraqAmerika “Qızıl dövrünün yenicə başladığını” söyləmişdi.

Seçilən
40
4
az.trend.az

5Mənbələr